Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28174
az

Koronavirus tibbi maskalarda, pullarda  nə qədər yaşayır? —  VİDEO

10:2506 Aprel, 2020
636
MARAQLI
  • A

Honkonq Universiteti və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutundan bir qrup mütəxəssis, COVID-19-un müxtəlif səthlərdə, o cümlədən tibbi maskalarda nə qədər yaşaya biləcəyini müəyyənləşdirib.

“Ölkə.Az” xəbər verir ki, nəticələr  “South China Morning Post” nəşrində  çap edilib.

 Araşdırma müxtəlif səthlərdə aparılıb. Bütün işlər laboratoriyada, otaq temperaturunda aparılıb.

Mütəxəssislər, virusun kağızlarda 3 saatdan az müddətdə qaldığını müəyyən edib. Virus, parça  gödəkçədə ikinci gün yoxa çıxıb.İstifadə olunan tibbi maskalarda isə o bir həftəyə qədər qalıb.

Eynək və əskinaslardan virus yalnız dördüncü gün, paslanmayan polad və plastikdə isə  4 -7 günə yoxa çıxıb.

Mütəxəssislər, ağardıcı da daxil olmaqla, adi məişət dezinfeksiyaedici maddələrin virusu öldürməsində təsirli olduğunu təsdiqləyib.

"Özünüzü qorumaq istəyirsinizsə, yalnız gigiyena qaydalarına riayət edin, əllərinizi mümkün qədər tez-tez yuyun və dezinfeksiya etmədən üzünüzə, gözünüzə, ağzınıza və burnunuza toxunmamağa çalışın",- deyə hesabatda qeyd olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“WhatsApp”a  yeni funksiya əlavə edilir
Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü
ATV kanalı yutubda 1 milyondan çox abunəçi yığdı

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR