Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26015
az

Dostu şəhidə vəfa borcunu belə ödədi - VİDEO

09:2908 Mart, 2020
843
MARAQLI
  • A

Aprel döyüşlərində şəhid olan Samir Kaçayevin qəbirüstü abidəsini onun ən yaxın dostu hazırlayıb.

 

Oxu24.com  Xezerxeber.az-a istinadla xəbər verir ki, 2016-cı il aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin qəbirüstü abidəsini heykəltəraş dostu Rahib Qarayev hazırlayıb.

 

Abidə Şamaxı rayon, Məlhəm kənd qəbiristanlığında şəhidin dəfn olunduğu məzarın üzərində ucaldılıb.

 

Rahib Qarayev deyib ki, şəhid Samir Kaçayev sağlığında həm istedadlı heykəltəraş, həm də yaxşı dost olub.

 

Şəhidin atası Ziyəddin Kaçayev isə ötən gün Samirin doğum günü olduğunu, hər zaman tələbə yoldaşları və dostları tərəfindən onun xatirəsinin yad edildiyini bildirib.

 

Qeyd edək ki, əvvəllər də bir neçə şəhidimizin abidəsini hazırlayan heykəltəraş Rahib Qarayev Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Qarabağ Müharibəsi iştirakçısı Albert Aqarunovun heykəlinin də həmmüəllifidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

UEFA-dan Şahruddinin komandasına sərt cəza
6 yaşlı qız yeganə qəribə genlə doğulub

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda 3 qadına xəsarət yetirən şəxs tutuldu