Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24714
az

Azərbaycanda silah almaq üçün nə etməli? - BİLMƏDİYİNİZ FAKTLAR +VİDEO

12:3418 Fevral, 2020
671
MARAQLI
  • A

Hər bir Azərbaycan vətəndaşı silah almaq hüququna malikdir. Amma, bu hüququ əldə etmək üçün müəyyən tələblər var. Bu silahlar hansı kateqoriyaya aiddir və neçə ədəd almaq olar?

Femida.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən hüquqşünas Sima Yaqubovanın sözlərinə görə, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır.

Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

• Ərizə (polis orqanından alınmış blank doldurulur)
• Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;
• Sağlamlıq haqqında tibbi arayış;
• 3x4 sm ölçüdə iki ədəd fotoşəkil.
• Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər barədə belə yoxlamalar aparılmır.
• Mülki silahın əldə edilməsinə xüsusi icazə verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.
• Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır.


Kimlər silah ala bilməz?

Hüquqşünasın sözlərinə görə,vətəndaş narkomaniyadan, alkoqolizimdən əziyyət çəkirsə,əvvəllər ağır cinayətlər törədibsə, onlara silah satılmasından imtina edilə bilər.

 

Daha ətraflı video materialı təqdim edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada nadir çiçək tapılıb
Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...
Ən zərərli tərəvəzin adı açıqlandı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO