Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2410
az

Leyla Əliyeva sahibsiz itlərə görə 7 şəxsi işdən azad etdi

20:0330 May, 2018
1140
MARAQLI
  • A
 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi və beynəlxalq standartlara uyğun metodların tətbiqi təşəbbüsü ilə çıxış edib.

Regionxeberleri.com trend-ə istinadən xəbər verir ki, bu sahədə artıq müvafiq işçi qrupu yaradılıb. İşçi qrupunun üzvləri sahibsiz itlər üçün müvəqqəti sığınacaqların yaradılması, sahibsiz heyvanlarla mübarizənin humanistləşdirilməsi, həmçinin bu sahədə yeni qanunvericiliyin hazırlanması ilə məşğul olacaqlar.

Hazırda işçi qrupunun bu sahədə digər ölkələrin təcrübəsini araşdırdığı, sahibsiz itlərlə mübarizə sahəsində humanizm prinsiplərinə və beynəlxalq standartlara əsaslanan metodların tətbiqi üzərində də işlədiyi bildirilir.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin sahibsiz heyvanlara qarşı mübarizə sahəsi üzrə fəaliyyəti yenidən təşkil ediləcək. Artıq İdarənin 7 əməkdaşının sahibsiz heyvanlara qarşı mübarizədə yol verdiyi nöqsanlara, qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edildiyi deyilir.

Beləliklə, Leyla Əliyevanın təşəbbüsü ilə sahibsiz itlərin güllələnməsinin qarşısı alınıb. Bundan sonra paytaxtda sahibsiz itlərin tutularaq sterilləşdiriləcəyi və birkalanacağı gözlənilir Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Zebralar niyə bir-birlərinə baş yelləyirlər?
Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı