Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2236
az

Bakıda ilginc hadisə: milyonluq villa 1 manata satılır? (FOTOLAR)

17:1426 May, 2018
1434
  • A
   Dəqiq qiyməti və dəyəri məlum olmayan 9 otaqlı məhtəşəm villa cəmi 1 manata satışa təqdim edilib.

Oxu24.com axar.az-a istinadən xəbər verir ki, Yeni Saray qəsəbəsi, Ceyranbatan gölü ilə üzbəüz, 10,6 sotun içində 4 mərtəbəli villanın sahibi satışla əlaqədar "Əmlak.az” saytında elan yerləşdirib. Elanda ev haqqında məlumat və onun qiyməti barədə məlumat verilib.

Marağa səbəb olan isə 4 mərtəbəli, 9 otaqlı, həyətində dincəlmək üçün xüsusi məkanı olan villaya qoyulan qiymətdir. May ayının 23-dən etibarən sayta yerləşdirilən əmlakın qiyməti elə ilk gündən 1 manat kimi qeyd edilib.

Elana cəmi 121 baxış olub.

Xatırladaq ki, Azərbaycanda ilk olsa da, dünyada belə satış praktikasından istifadə edilir. Belə ki, milyonlarla dəyəri olan mülk müəyyən dövr ərzində simvolik qiymətə satışa təqdim edilir. Evi əldə etmək istəyənlərin (bir şəxs istədiyi qədər sifarişçi ola bilər) sayı mülk sahibini qane edən səviyyəyə qatdıqdan sonra onların arasında onlayn lotereya oynanılır.

Qalib bir manata villaya sahib olur, villa sahibi isə lotereyadan toplanan vəsaitlə mülkünün dəyərini əldə edir.


    Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Zebralar niyə bir-birlərinə baş yelləyirlər?
Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi