Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2068
az

Banklarda tualetdən istifadə qadağandırmı? - Ekspertlər danışır

21:1222 May, 2018
1343
MARAQLI
  • A
OXU24.COM  ARB TV-nin "Günə doğru" verilişində son günlər banklardakı sanitar qovşaq qalmaqalı haqda maraqlı sujet yayımlanıb.

Aparıcı Tunay Əliyevanın sosial şəbəkələrə paylaşdığı bu video qısa zaman ərzində gündəmi zəbt etdi. O, bankda müştərilərə sanitar qovşaqdan istifadəyə icazə verilməməsini təhqir hesab edib. Aprıcının bu paylaşımına bankdan da cavab gecikməyib.

Bankın açıqlamasında bildirilir ki, filial və şöbələrdə xüsusi qovşaq yalnız işçi personalının təbii ehtiyyacları üçündür, müştərilərın tualetdən istifadəsinə icazə yoxdur. Bankın bu açıqlaması aparıcını razı salmasa da, məsələ aktuallıqdan düşmür.

Geniş müzakirəyə səbəb olan məsələ ilə bağlı şərh verən ekpertləri bu cür qadağanın bütün banklarda tətbiq olunduğunu deyirlər. Dünyanın əksər ölkələrində bu cür məhdudiyyət var və bu səbəbsiz deyil.

Elmar Nurəliyev (Ekpert): "Bu cür hadisə ABŞ-da baş vermişdi. Orada kamera yerləşdirmişdi. Bu, cinayət pozuntusu idi. Ona görə də qadağalar tətbiq edilib. Müştərinin bankın sanitar qovşağından istifadə etməsində təhlükəsi yoxdur. Kənar müştərinin banka girişi zatən qadağandır. Amma bankın girişində, ya həyətində sanitar qovşaqların quraşdırılması ola bilər".

Sosioloqların fikrincə, məsələyə hansısa qayda və ya nizamnamə prizmasından yanaşmaq düzgün deyil. Çünki ortada insan faktoru var. Banklar və bu kimi sahələr xidmətləri ilə müştəri məmnunluğunu nəzərə almalıdır. Müştəri rahatlığı inamı artıran amillərdəndir.

Cavid İmamoğlu (Sosioloq): "Onlar müştərinin məmnunluğunu sanitar qovşaqla təyin etmirlər, verdikləri kreditlə, faizlərlə təyin etdiklərini düşünürlər. Amma insani tərəfdən baxsaq, buna icazə verməlidilər".

Mütəxəssislərin fikrincə, insani və müəyyən mənəvi dəyərlər nəzərə alınaraq xidmət sahələrində mütəlif təlabatların qarşılanması ilə bağlı addımlar atılarsa bunu təqdirə layiq hal kimi qiymətləndirmək olar. Amma yenə də son qərar müəssisə rəhbərləri və onların insafına qalır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO