Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16775
az

Bakıda tapılan quş çox təhlükəli imiş, şikarını gözündən vurur - FOTO

14:3715 Avqust, 2019
1840
MARAQLI
  • A
 
 

Bir neçə gündür Bakıda tapılan quş insanların marağına səbəb olub.

Oxu.Az xəbər verir ki, quşu tapan şəxs canlının çox halsız olduğunu bildirib və onu qidalandırmaq üsulları ilə maraqlanıb.

Ornitoloq və ekoloq Elçin Sultanov tapılan canlının kiçik dan quşu olduğunu deyib:

“Əsasən, qamışlıq, kolluq ərazidə yaşayır və yerdə yuvalayır. Adətən, su heyvanları ilə, həşəratlarla qidalanır. Kiçik olmasına baxmayaraq, çox təhlükəli quşdur. Şikarını gözündən vurur. Bunu tutan vətəndaş quşa çox yaxınlaşsa, onu da gözündən vura bilər.

Köç vaxtları, yəni payız-yaz aylarında tez-tez rast gəlinir. Bəziləri bu quşları tutub gətirirlər. Çünki köç vaxtı həmin quşlar çox zəifləyir və onları əl ilə tutmaq çox asan olur. Çox adam fikirləşir ki, quş yazıqdır, xəstədir. Amma belə deyil. Onları tutublarsa, göl qırağına buraxmaq lazımdır. Ancaq ən yaxşısı, onlara dəyməməkdir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə bildirib ki, vətəndaşlar belə nadir heyvanlar, quşlar aşkar etdikləri zaman dərhal nazirliyin “168” qaynar xəttinə məlumat verməlidirlər.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra belə hazırlanırmış: ŞOK GÖRÜNTÜLƏR – FOTOLAR (+18)
Sən demə, soyuq havada maşını qızdırmaq olmaz - ŞOK FƏSADLAR

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi