Ağdamın məşhur Çay evinin maraqlı tarixçəsi
09 Sentyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
594
08.06.2024, 20:33
Saat dedikdə hamımızın ağlımıza saat və dəqiqə əqrəblərinin sağa dönməsi gəlir. Çünki saat icad edildiyi gündən eyni istiqamətdə, soldan sağa hərəkət edir. Bütün dünyada saatlar bu istiqamətdə dönərkən, zaman yalnız bir yerdə sağdan sola axır. Nə üçün?
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dünyada saatlar sağa hərəkət etdiyi halda, yalnız Boliviyada sola hərəkət edir.
Dünyanın bütün saatları sağa fırlandığı halda, dünyada yalnız bir ölkə Boliviya bu qaydaya əməl etmir. Boliviya vitse-prezidenti David Çoquhuanca 2014-cü ildə bu mövzuda mətbuat konfransı keçirərək jurnalistlərə “Kim dedi ki, saat həmişə eyni istiqamətdə dönməlidir? Niyə biz həmişə itaət etməliyik? Niyə biz yaradıcı ola bilmirik?” dedi və bu cümlələr böyük dəyişikliyin ilk addımları oldu.
Onun bu sözlərindən sonra La Paz Konqres binasının üstündəki böyük analoq saatın istiqaməti dəyişdirilib. Beləliklə, "Cənub Saatı" tərsinə işləyir. Təbii ki, bu vəziyyət müxtəlif reaksiyalar da gətirdi. Tənqidçilər bu addımı “lazımsız” adlandırdılar. Lakin ölkədə o gündən sonra yalnız bir o saat tərsinə işləyir.
Qeyd edək ki, zamanı ölçmək üçün istifadə edilən ilk günəş saatları eramızdan əvvəl 4000-ci ildə Qədim Misirdə icad edilib. Şimal yarımkürəsində icad edilən saat, Günəş şərqdən çıxıb qərbdə batarkən sağa doğru hərəkət etmək üçün nəzərdə tutulmuşdu və bu günə qədər həmişə sağa fırlanan saat dizaynları edilib. Qədim misirlilər çubuğu şaquli vəziyyətdə qoyub günəşin düşmə bucağına uyğun olaraq onun kölgə uzunluğuna və mövqeyinə baxaraq vaxtı hesablayırdılar.
Misir Şimal yarımkürəsində olduğu üçün çubuğun kölgəsi soldan sağa fırlanırdı. Misir Cənub yarımkürəsində olsaydı, çubuğun kölgəsi sağdan sola hərəkət edərdi.
23:14 / 10 Sentyabr 2026
373
23:08 / 10 Sentyabr 2026
78
23:03 / 10 Sentyabr 2026
88
23:00 / 10 Sentyabr 2026
63
22:53 / 10 Sentyabr 2026
65
22:44 / 10 Sentyabr 2026
75
22:40 / 10 Sentyabr 2026
2113
22:36 / 10 Sentyabr 2026
68
22:28 / 10 Sentyabr 2026
67
22:20 / 10 Sentyabr 2026
72
21:54 / 10 Sentyabr 2026
288
21:50 / 10 Sentyabr 2026
70
21:35 / 10 Sentyabr 2026
89
21:30 / 10 Sentyabr 2026
122
21:27 / 10 Sentyabr 2026
64
21:20 / 10 Sentyabr 2026
79
21:16 / 10 Sentyabr 2026
78
21:15 / 10 Sentyabr 2026
80
21:06 / 10 Sentyabr 2026
82
20:51 / 10 Sentyabr 2026
129
20:50 / 10 Sentyabr 2026
77
20:40 / 10 Sentyabr 2026
76
20:38 / 10 Sentyabr 2026
721
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.