Ağdamın məşhur Çay evinin maraqlı tarixçəsi
09 Sentyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
466
07.06.2024, 13:49
Qozun bu faydalarını biləndən sonra hər gün 2 dənə yeyəcəksiz
Qoz ləpəsini sevməyən adama rast gəlmək nadir hallarda olar. Bunun da səbəbi orqanizmin özünə faydalı olan qidalara yaranan ehtiyacıdır. “Ürəyim istəyir” sözünün altında da bu yatır. Diqqət edin, nəyi ürəyiniz istəyirsə, qəfildən nə yadınıza düşürsə, demək, orqanizmin ona ehtiyacı var. Buna diqqət edin bir neçə gün, sonra fikirlərinizi mənə yazarsınız.
2. Çəkiyə nəzarət. Qoz yeyərkən insan özünü uzun müddət tox hiss edir. Təbii ki, tox insan da yemək axtarmır. Beləcə, gün ərzində yemək öynələrini azaltmaq mümkün olur. 2010-cu ildə aparılan bir araşdırmada məlum olub ki, mütəmadi olaraq qida rasionuna qoz daxil edənlərdə maddələr mübadiləsi daha nizamlı və sürətli baş verir. İstənilən pəhrizə qoz daxil etməklə, yemək porsiyalarını azaltmaq mümkündür.
3. Sağlam sümüklər. Qozun tərkibində sümük sağlamlığı üçün lazım olan mis və fosfor var. Mis çatışmazlığı orqanizmdə osteoporoz riskini artıra bilər, yəni, sümüklər zəifləyər, sümükdə ərimə, deşilmə halları yarana bilər. Ona görə də, daimi qoz yemək sümüklər üçün faydalıdır. Misdən əlavə, sümüklərinizin möhkəmlənməsi üçün maqnezium və kalsium da lazımdır. Yaxşı xəbər: qoz hər iki mineralla da zəngindir.
4. Beynimizin dostu. Qozun tərkibində yaddaşı güclədən və diqqəti toplamağa kömək edən Omega-3 yağ turşuları var. 2012-ci ildə "Alzheimer's Disease" jurnalında bir araşdırmanın nəticələri yayımlandı. Alimlərin fikrincə, gündə bir ovuc qoz yeyərək yaddaşı gücləndirmək mümkündür. Epilepsiya və dimensiya hallarında beyinin ən yaxın köməkçisi sayılan qoz beyində iltihablanmanı da aradan qaldırır. Öyrənmə bacarığımızın, yaradıcılığımızın irəliləməsi üçün də qoza ehtiyacımız var. Uşaqlarda zəka geriliyini və bir çox nevroloji xəstəlikləri aradan qaldırmaq üçün də qoz faydalıdır.
5. Qoz antioksidant qaynağıdır. Düzdür, uşaqlıqdan fındığın antioksidant xüsusiyyətlərini eşidərək böyümüşük. Amma qoz antioksidant qaynağı olan ləpəlilər siyahısında ən birinci yerdə dayanır. Qozun tərkibində E, A vitamini, B kompleks vitaminləri, fol turşusu, kalium, sink var ki, müxtəlif xəstəliklərin önlənməsində və müalicəsində orqanizm məhz bu maddələrə ehtiyac duyur. Qoz, həmçinin, zülal və doymamış yağlarla zəngindir.
6. Yuxu rejimini nizamlayır. Qeyd etdim ki, qoz zülallarla zəngindir. Əksər zülallı qidalarda triptofan, az da olsa, mövcuddur. İzah edim ki, triptofan yuxugətirən amin tuşusudur, o, beyini sakitləşdirən serotonin və melatonin maddələrinin başlanğıcıdır. Yəni, qoz yeyərkən rahat yuxu yata bilmənizə kömək edəcəyindən əmin olun.
7. Spermanın keyfiyyətini artırır. Alimlər hesablayıb ki, gündə 75 qr qoz ləpəsi yemək spermanın keyfiyyətinə müsbət təsir edir. Qozun tərkibindəki Omega-3 yağ turşusu orqanizmdə qan axımını sürətləndirir. Eyni zamanda, qozda olan E vitamini cinsiyyət hormonlarının quruluşuna yaxşı təsir göstərir. Malik olduğu antioksidantlarla qoz, həmçinin, cinsi xəstəlikləri də önləməyə qadirdir.
8. Dərini parlaqlaşdırır. Qoz ləpəsinin müxtəlif yağlarla və yağ turşuları ilə zənginliyi onu dərimizin də yaxın dostu edir. Mütəxəssislərin fikrincə, hər gün səhər 2 qoz ləpəsi yemək dərini yeniləyir. Üstəlik, dərinin regenerasiya prosesində mühüm rol oynayır. Qoz yeməkdən əlavə, dərini qoz yağı ilə silmək də dəridəki parlaqlığı artırır, qırışları önləyir.
10:02 / 11 Sentyabr 2026
1
09:57 / 11 Sentyabr 2026
15
09:52 / 11 Sentyabr 2026
27
09:29 / 11 Sentyabr 2026
33
09:26 / 11 Sentyabr 2026
60
09:24 / 11 Sentyabr 2026
40
09:22 / 11 Sentyabr 2026
42
23:14 / 10 Sentyabr 2026
855
23:08 / 10 Sentyabr 2026
120
23:03 / 10 Sentyabr 2026
140
23:00 / 10 Sentyabr 2026
77
22:53 / 10 Sentyabr 2026
73
22:44 / 10 Sentyabr 2026
97
22:40 / 10 Sentyabr 2026
3675
22:36 / 10 Sentyabr 2026
76
22:28 / 10 Sentyabr 2026
76
22:20 / 10 Sentyabr 2026
92
21:54 / 10 Sentyabr 2026
440
21:50 / 10 Sentyabr 2026
82
21:35 / 10 Sentyabr 2026
109
21:30 / 10 Sentyabr 2026
160
21:27 / 10 Sentyabr 2026
74
21:20 / 10 Sentyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.