Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100544
az

Niyə “Ağ Ev”? - Maraqlı məlumat

19:3005 Yanvar, 2024
849
MARAQLI
  • A

Dünyanın ən məşhur binalarından biri olan “Ağ Ev” haqqında çox eşitmişik, həmin evi ziyarət edə bilmək, qarşısında durub şəkil çəkdirmək çoxlarımızın xəyalıdır. Bəs bu bina haqqında nə qədər məlumatımız var?

 

“Ağ Ev”in yaranma tarixi və ona bu adın verilmə səbəbi çox uzaqlaramı gedir? Gəlin, dünyagörüşümüzü maraqlı məlumatlarla bir az daha artıraq.

Amerika demokratiyasının simvolu olaraq qəbul edilən “Ağ Ev” Amerikanın paytaxtı Vaşinqtonun mərkəzində yerləşən ən qədim federal binadır. Bu bina ABŞ prezidentinin rəsmi iqamətgahı və prezidentin əsas işçilərinin qərargahı kimi xidmət edir. Eyni zamanda, “Ağ Ev” ictimaiyyətə də açıqdır. Amerika xalqı və ya turistlər rəhbərli turlarla buranı ziyarət edə bilərlər. Vətəndaşlar burada icazə ilə şənlik keçirdə bilərlər və bu, tam azaddır. Lakin bəzi qaydalara əməl edilməlidir:

•        Burada siqaret çəkmək olmaz;

•        İctimaiyyətə açıq olmayan otaqlara daxil olmaq olmaz.

İndi isə dünyaca məşhur olan və bir çox tarixi hadisələrə şahid olan bu binanın yaranma və adlandırılma tarixinə nəzər salaq.

“Ağ Ev”in tarixi 1792-ci ildə yeni paytaxt Vaşinqtonda prezident iqamətgahı üçün layihə seçmək məqsədilə keçirilən ictimai müsabiqə ilə başlayır. Sonralar ABŞ-ın üçüncü prezidenti olan Tomas Cefferson da müsabiqədə iştirak edib, lakin qalib ola bilməyib. Müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gələrək 500 dollar mükafat qazanıb. “Ağ Ev” onun layihəsi əsasında tikilib. Binanın bünövrəsi 1792-ci ilin oktyabr ayında qoyulub və 8 ilə tikilib. Tikinti zamanı işçilər, yəni qullar binanın şimal tərəfində tikilmiş müvəqqəti daxmalarda yerləşdirildilər. Quldarlara qul başına görə ildə 60 dollar verilirdi. Qullar isə heç bir qazanc əldə etmirdilər. Burada 400-dən çox qul işləyirdi. 1793-cü ildə Şotlandiyanın Edinburq şəhərindən olan bacarıqlı daş ustaları da onlara qoşuldu.

ABŞ-ın ilk prezidenti Corc Vaşinqton paytaxtın yerini müəyyənləşdirib planlar hazırlasa da, yeni qurulan paytaxtda heç otura bilmədən 1799-cu ildə vəfat etdi. 1800-cü ildə bütün federal hökumət Filadelfiyadan Vaşinqtona köçürüldü. Ölkənin ikinci prezidenti Con Adams noyabrın 1-də tikintisi hələ başa çatmamış prezident malikanəsinə köçdü. Con Adamsın ertəsi gecə həyat yoldaşı Ebiqeyl Adamsa yazdığı məktub hazırda “Ağ Ev”də Dövlət Yemək Otağında Abraham Linkolnun portretinin altında prezident Franklin Ruzveltin təkidi ilə yerləşdirilib. Məktubda Con Adams belə yazıb:

“Cənnətdən bu evə və bundan sonra burada yaşayacaq hər kəsə ən gözəl xeyir-dualar bəxş etməsini diləyirəm. Bu damın altında dürüst və müdrik adamlardan başqa heç kim hökmran olmasın”.

Bir neçə gün sonra Vaşinqtona gələn Ebiqeyl Adams tikintinin tamamlanmamasından məyus olduğunu bildirib.

Tomas Cefferson 1801-ci ilin martında keçirilən andiçmə mərasimindən sonra tez bir zamanda yeni federal şəhərin mərkəzi nöqtəsinə çevrilən malikanədə yaşayan ikinci prezident oldu. O, hər səhər “Ağ Ev”i xalqın ziyarətinə açdı və bu ənənəyə (sülh dövründə) bütün davamçıları sadiq qaldı. Bu sırada hələ də kifayət qədər pilləkənləri olmayan və davamlı olaraq damı sızan binanın daxili hissəsində tikinti davam edirdi. Tomas Ceffersonun hakimiyyəti dövründə “Ağ Ev” zərif şəkildə Amerikada federal üslub kimi tanınan XVI Louis üslubunda təchiz edilib.

1812-ci ildə Ceyms Medisonun prezidentliyi dövründə müharibə zamanı bina ingilislər tərəfindən tamamilə yandırılsa da, tezliklə təmir olundu. Yenidənqurma işləri Ceyms Hobenin rəhbərliyi altında başladı, lakin prezident Ceyms Medisonun hakimiyyətinin sonuna qədər (1817-ci ilə qədər) bina istifadəyə hazır deyildi. Bu yenidənqurma zamanı binaya yalnız şərq və qərb terrasları əlavə edildi. Yarımdairəvi cənub eyvanı və sütunlu şimal eyvanı 1820-ci illərdə əlavə edilib. Sonralar “Ağ Ev”də vaxtaşırı təmir işləri aparılsa da, arxitekturasında ciddi dəyişiklik edilməyib.

1948-ci ildə Harri Tumenin prezidentliyi dövründə “Ağ Ev” yenidən tamamilə təmir olunub. Binanın daxilində təmir işləri 4 il davam etsə də, xarici görünüşünə toxunulmayıb.

İlk əvvəllər “President’s palace” - “Prezident Sarayı” adlandırılan bina daha sonra bəzi səbəblərə görə 1810-cu ildə “Executive Mansion”- “İcraçı malikanəsi” adlandırılmağa başlandı. Bina 1800-cü ildən başlayaraq əhali arasında “The White House”- “Ağ Ev” adlandırılsa da, o, 1901-ci ilə qədər binanın rəsmi adı halına gəlmədi. Çünki binanın xaricinin bütünlüklə ağ olması yaxınlıqdakı binaların qırmızı kərpici ilə təəccüblü şəkildə ziddiyyət təşkil edirdi.

Mətbuatda isə “Ağ Ev” sözü ilk dəfə 1810-cu ildə Baltimor şəhərinin “Viq” qəzetində işlədilib. Bu adın rəsmiləşdirilməsi isə XX əsrin əvvəllərinə təsadüf edir. 1902-ci ildə prezident Teodor Ruzvelt bu binanın “Ağ Ev” adlandırılması ilə bağlı sənəd imzalayıb.

19-cu əsrdə “Ağ Ev” Amerika demokratiyasının simvoluna çevrildi. Əksər amerikalıların fikrincə, bina prezidentin idarə etdiyi “saray” deyil, sadəcə olaraq insanlara xidmət etdiyi müvəqqəti ofis və iqamətgahdır. “Ağ Ev” prezidentə deyil, xalqa məxsusdur və prezident burada yalnız xalqın ona qalmasına icazə verdiyi müddətdə qala bilər. Buna əks hər hansı bir hal qəti qəbul edilmir.

Burada yaşayan prezidentlər “Ağ Ev”in bütün xərclərini ödəməlidirlər. Prezident yemək, alış-veriş və digər vəsaitlərin pulunu özü şəxsən qarşılamalıdır. “Ağ Ev”də oturan prezident il ərzində 450-500 min dollar maaş alır. Demək olar ki, bu maaşın hamısı məişət xərclərinə ödənilir. “Ağ Ev”dəki şəraitin 5 ulduzlu oteldəki kimi olduğunu nəzərə alsaq, oranın məsrəfinin də bir o qədər baha olduğunu deyə bilərik.

Hazırda “Ağ Ev” 7 hektardan çox ərazini əhatə edir. 6 mərtəbəli binada 132 otaq, 147 pəncərə, 142 qapı, 3 lift, 7 pilləkən var. “Ağ Ev”in bir hissəsi prezident ailəsinin yaşayış otaqlarından ibarətdir. Deyilənə görə, hər il “Ağ Ev”də 215 mindən çox rəsmi nümayəndə heyəti, 18-20 mindən çox qonaq olur. Binanın əmlak satış dəyəri isə 287 milyon dollardır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Morju narahat edən turist cərimələndi
Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz
Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü