Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95387
az

Hədəfə aparan yol açıldı - Separatçılar yeni bəhanə axtarışında...

11:2018 Sentyabr, 2023
91
MANŞET
  • A

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 2 minik maşını artıq Xankəndinə çatıb

Sentyabrın 1-də əldə olunan razılaşma yubansa da separatçıların niyyəti baş tutmayıb. Belə ki, ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə yük daşıyacaq. "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarından yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib. Artıq BQXK-ya məxsus 1 yük, 2 minik maşını Xankəndinə çatıb.

 

Yüklər BQXK-nın maşınları ilə daşınıb. Burada diqqət çəkən nüans var. Separatçılar əvvəl deyirdilər ki, bu yollar ümumiyyətlə açıla bilməz. İndi isə  açıqlama yayaraq bildiriblər ki, Azərbaycan dövlət nömrə nişanlı yük maşınları ilə Azərbaycan istehsalı heç bir məhsulu qəbul etməyəcəklər.

"Feysbuk qəhrəmanları bizə irad tutur ki, niyə Ağdam yolunun açılmasına razı olduq. Ağdam yolundan gələn maşının sürücüsü azərbaycanlı deyil. Maşın Azərbaycan nömrəsi ilə deyil. Məhsullar Azərbaycan istehsalı deyil. Nə etməli idik?Azərbaycan istehsalı məhsul bura daxil olmayacaq", - qondarma qurumun rəhbərinin köməkçisi David Babayan deyib.
Ətraflı

Əvvəla, bu bəyanatla separatçılar öz yalanlarını ifşa etmiş olurlar. Əgər həqiqətən də humanitar yardıma ehtiyac varsa, məhsulun "türk ya rus çörəyi"nin olmasının əhəmiyyəti olmamalıdır. Aydın məsələdir ki, onlar rasizm tipli davranışları ilə vəziyyəti daha da gərginləşdirmək istəyirlər. 

 

Yüklərin Xankəndinə çatması qarabağlı ermənilərin "humanitar fəlakət", "aclıq", "blokada" ilə bağlı təbliğatlarının nəticəsiz qaldığının göstəricisidir. Əslində təklif Azərbaycan tərfindən edilsə də, separatçılar iddia edirlər ki, Beynəlxalq Qızıl Xaçın Xankəndi ofisinin və Rusiya sülhməramlılarının təklifini qəbul etməyə razılaşıblar. Azərbaycanın etdiyi hər iki yolun paralel açılması təklifini həzm edə bilməyən erməni separatçılar 18 gün sonra Azərbaycan dövlətinin maraqlarına uyğun qərar qəbul ediblər. Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzatsa da məsələ Azərbaycanın istədiyi kimi həllini tapıb.

Separatçların geri çəkilməsini Bakını Xankəndi hədəfinə doğru daha da yaxınlaşması kimi qəbul etmək olar. Yolların açılması, yüklərin qəbulu onu göstərir ki, separatçılar prosesləri nə qədər uzatmağa, Azərbaycana şər, böhtan atmağa, təxribatlar törətməyə çalışsalar da, nəticədə Rəsmi Bakının istədiyi kimi qərar qəbul etməli olurlar. Onlar hələ də anlamırlar ki, məsələnin çıxış yolu erməni əhalisinin reinteqrasiyası prosesidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Spirtli içki qəbul edib evini yandırdı - FOTO
Bakı səmasında HƏYƏCANLI ANLAR - Təyyarə təcili eniş etdi
Daha bir güləşçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO