Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94200
az

Bakıda Olimpiya çempionu sevgilisinin ərini bıçaqladı - Məhkəmə işi

22:3622 Avqust, 2023
185
MANŞET
  • A

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin ərini bıçaqlamaqda və quldurluqda təqsirləndirilən Azərbaycanın tanınmış güləşçisi, olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

OXU24.COM  xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş şəxsin 10 yaşlı oğlu ifadə verib. O bildirib ki, Elman Muxtarovun onun anası ilə münasibətləri olub: "Mən həyətdən gəlirdim . Bir nəfər kişi arxamca gəldi mənimlə evə girdi. Atam öz otağında idi, anam isə mətbəxdə. Həmin şəxs mətbəxə keçib qapını bağladı. Mən ağladım. Anam gəlib məni sakitləşdirdi, dedi ağlama, keç otağında otur, yenə qapını bağladılar. Bir müddətdən sonra atam gəldi, dava düşdü, atamı döydü".

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu qadının həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da qadının oğlunu yaşadığı binanın qarşısında izləyib. Uşaq  evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman qadının əri də evdə olub. 

Evə basqın edən idmançı qadının həyat yoldaşına  yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda BMW sürücüsü yolda
Heydər Əliyev Sarayına yeni direktor müavini təyin olunub
Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı