Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92019
az

Şəkidə AĞIR QƏZA - Sürücü və azyaşlı öldü - YENİLƏNİB

20:5902 İyul, 2023
135
MANŞET
  • A

Şəkidə baş verən ağır yol qəzasında biri azyaşlı olmaqla iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb. 

OXU24.COM  APA-ya istinadən bildirir ki, 1978-ci il təvəllüdlü Nazim Umarhacı oğlu Umarov idarə etdiyi "Reno Loga" markalı 99-VG-782 dövlət nömrə nişanlı minik avtomobillə hərəkətdə olarkən idarəetmənin itirilməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

Qəza zamanı avtomobildə olan sərnişinlərdən - 1993-cü il təvəllüdlü Azər Əli oğlu Murtuzov və Şəki rayonu Suçma kənd sakini 2019-cu il təvəllüdlü Sədəf Dilqəm qızı Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Sürücü N. Unarov və daha iki sərnişin - qəza zamanı həyatını itirən azyaşlı Sədəfin atası, 1990-cı il təvəllüdlü Dilqəm Vəli oğlu Seyidəliyev və 2001-ci il təvəllüdlü Beyləqən rayon sakini Əşrəf Zöhrab oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər və yaralılar əraziyə cəlb eilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq, aidiyyəti üzrə həkim briqadasına təhvil verilib.

Meyitlər müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə göndərilib.  

Yaralanan şəxslər isə müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

--------
19:27

Bu gün saat 18.00 radələrində Şəki giriş avtomobil yolunda hərəkətdə olan "Reno Loga" markalı 99 NG 782 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

OXU24.COM  APA-ya istinadən bildirir ki, sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, daha iki sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti və sərnişinləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?
Ərdoğan və Putindən Baş nazirə hücuma REAKSİYA 
Tbilisidə etirazlar davam edir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb