Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89914
az

Zəngilanda erməni diversant qrupu saxlanılıb

10:3627 May, 2023
126
MANŞET
  • A
May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır. DSX-dan verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır. Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar. Əməliyyat şəraiti nəzarətdə saxlanılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
Ermənistan üçüncü tərəfi danışıqlara qoşmaqla nəticə əldə etməyəcəyini anlayıb - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc