Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84500
az

Zəlzələ ilə bağlı çıxışı gündəm oldu: "Bir nəfər istefa vermədi..." - VİDEO

12:0812 Mart, 2023
97
MANŞET
  • A

Türkiyənin məşhur “Güldür Güldür” şousunun ötən axşam yayımlanan sonuncu bölümündə aparıcı Ali Sunalın zəlzələ ilə bağlı çıxışı sosial mediada gündəm olub.

OXU24.COM xəbər verir ki, o, zəlzələdən bir aydan artıq müddət keçməsinə baxmayaraq bir nəfərin belə məsuliyyəti üzərinə götürüb istefa verməməsini tənqid edib:

 

“Zəlzələdə on minlərlə insan həyatını itirdi. Yüz minlərlə insan ailəsini itirdi. Milyonlarla insan evlərini, dostlarını, xatirələrini, keçmişini, şəhərini itirdi. 85 milyon insanın isə ürəyi yanır. Bu yanğın heç vaxt sönməyəcək, əmin ola bilərsiniz.

 

Zəlzələdən həftələr keçdi və hamı normallaşmaq istəyir. Bəs bu normal nədir? Biz hansı normallaşmanı istəyirik? Məsələn, geoloji qırılma zonalarında yaşayış binası tikmək normaldımır? Zəlzələdən sonra axtarış-xilasetmə qrupları və yardımların gecikməsi normaldırmı? Nəzarətsiz binalar, pul ilə alınmış memarlıq diplomları, səriştəsiz podratçılar, ixtisassız məmurlar normaldırmı?

 

İstifadəyə yararsız binalara rayonlaşdırma amnistiyasının verilməsi, belə bir vaxtda çadırların satılması, minlərlə insanın göz görə-görə ölümə göndərilməsi normaldırmı?

 

Və belə bir fəlakətdən sonra bir insanın belə məsuliyyət hiss edib “səhv etdim, üzr istəyirəm”, deməməsi, istefaya getməməsi sizcə normaldırmı? Yox, belə normal yoxdur, bu normal deyil. Biz artıq belə bir normal vəziyyətə qayıtmayacağıq. Bundan sonra normal olan bütün məsul şəxslərdən bir vətəndaş kimi hesab soruşmaqdır. Zəlzələ baş verməmişdən əvvəl bunun qarşısını necə alacağımızı söyləyən elmə qulaq asmaq normaldır.

Normal olan səlahiyyətli şəxsin işi qohumlarına, ailə və ya mənsubu olduğu partiyanın üzvlərinə, şəriklərinə, distlarına yox, layiqli mütəxəssislərə verməsidir. Atatürkün dediyi kimi, Vətənini ən çox sevən, öz vəzifəsini ən yaxşı şəkildə yerinə yetirəndir”.

Aktyorun bu çıxışı sosial şəbəkə istifadəçiləri tərəfindən təqdim olunub və maraqla qarşılanıb.

Qeyd edək ki, A. Sunal məşhur türkiyəli aktyor Kamal Sunalın oğludur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü