Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72360
az

Yoluxma hallarının artmasına səbəb nədir?

22:3025 İyul, 2022
150
MANŞET
  • A
Unutmayaq ki, yeni növ koronavirus hələ də bizimlədir və hələ də təhlükəlidir
 
OXU24.COMTrend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev müsahibəsində deyib
 
Müsahibəni təqdim edirik:
 
- Qəhrəman müəllim, hazırda dünya ölkələrində COVID-19 infeksiyası ilə bağlı ümumi vəziyyət necədir?
 
- Ölkəmizdə peyvəndləmə yüksək səviyyədə olduğundan Azərbaycanda epidemioloji sabit vəziyyət qalmaqdadır ki, bu da tam olaraq müvafiq səhiyyə orqanlarının nəzarətindədir. Səhiyyə Nazirliyinin tapşırığına əsasən, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən dünyada, o cümlədən ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının dəyişməsi ilə bağlı vəziyyət diqqətlə izlənilir, tendensiyalar təhlil edilir.
Təəssüf ki, bu il iyun ayının ortalarından etibarən dünyada koronavirusa yoluxma hallarının sayında artım qeydə alınır və artıq pandemiyanın növbəti dalğası haqqında danışılır. Son iki həftə ərzində dünyada COVID-19 infeksiyasına yoluxanların sayında kəskin artım müşahidə olunur. Belə ki, dünyanın 110 ölkəsində yeni koronavirusa yoluxma hallarının sayının artdığı qeyd edilir.
 
- Yoluxma hallarının artmasına səbəb nədir?
 
- Mütəxəssislər artımı bu ilin iyun ayından yayılan və əvvəlkilərdən daha yoluxucu olan virusun yeni variantları ilə əsaslandırırlar. Omikron indi epidemiyanın aparıcı qüvvəsidir, 7 ayda 290 milyon insanı yoluxdurub. Onun öldürücülük qabiliyyəti təxminən 0,35 faizdir və peyvəndləmənin aktiv şəkildə aparıldığı dövlətlərdə bu rəqəm daha aşağıdır. Epidemioloqlara görə, pandemiyaya qarşı tədbirlərin yumşaldılması və ya tamamilə ləğvi yoluxucu ştamların ölkələrin sərhədləri boyunca daha sürətlə yayılmasına kömək edir. Amma müsbət xəbərlər də var. Ağırlaşma və ölüm hallarının sayı alfa, beta, qamma və ən təhlükəli delta kimi ştamların üstünlük təşkil etdiyi əvvəlki dövrə nisbətən xeyli azdır. Əlbəttə, bu ümidverici vəziyyətin yaranması peyvəndləmə səviyyəsi ilə sıx bağlıdır. Lakin buna baxmayaraq, infeksiyaların sayının artması, delta ştamları nisbətində olmasa da, ölüm hallarının artmasına səbəb ola bilər. Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalmağa başladı.
 
- Ölkəmizdə də yoluxma hallarında müəyyən artım müşahidə olunur. Vətəndaşlara nəyi tövsiyə edərdiniz?
 
- Təəssüf ki, Azərbaycanda da COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Qonşu ölkələrdə də həftəlik xəstələnmə hallarında artım var. Belə ki, son iki həftə ərzində qonşu Türkiyə, İran, Gürcüstan və Rusiyada koronavirusa yoluxanların sayında əhəmiyyətli dərəcədə artım qeyd edilib.
 
Əhali arasında belə bir fikir yayılıb ki, koronavirus xəstəliyi artıq kəskin respirator virus infeksiyası (KRVİ) kimi davam edir və xəstələnsə də, qısa müddət ərzində sağalır. Amma unutmamalıyıq ki, xəstəliyin hətta yüngül halı belə, post-COVID sindromuna, 6 ay və daha çox davam edə bilən "uzunmüddətli kovid" adlanan sindroma səbəb ola bilər. COVID-19 virusunun yeni mutasiyalarının meydana çıxması ilə onun klinik mənzərəsi çox da dəyişməyib. Bu, qızdırma, zəiflik, baş ağrıları və əzələ ağrısı, qarın ağrısı və ishaldır. Həmçinin profilaktika tədbirləri də dəyişməz qalıb. Belə ki, əllərin tez-tez və düzgün yuyulması (ən azı 20 saniyə), sosial məsafənin saxlanması (təxminən 1,5-2 metr), insanların sıx toplaşdığı yerlərdə, xüsusən, qapalı məkanlarda və ictimai nəqliyyatda maskaların taxılması, otaqların tez-tez havalandırılması vacib tövsiyələrdəndir. İnfeksiya əlamətləri varsa, həkimə müraciət etmək və ətrafdakı insanlarla təmasdan çəkinmək, simptomlar davam edərsə, COVID infeksiyasının olub-olmamasını bilmək üçün testdən keçmək mütləqdir.
 
Vətəndaşlarımıza tövsiyə etmək istərdim ki, diqqətli olsunlar. Unutmayaq, yeni növ koronavirus hələ də bizimlədir və hələ də təhlükəlidir. Bu sadə tədbirlərə əməl etməklə özümüzü və yaxınlarımızı təkcə koronavirusdan deyil, digər yoluxucu xəstəliklərdən də qoruya bilərik.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Efirdə GƏRGİNLİK:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı