Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65246
az

Ramiz Mehdiyevin yerinə o gətirilir – Baş redaktor müavinidir - FOTO

20:3912 Fevral, 2022
311
MANŞET
  • A

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə qarşı istefa tələbləri bitib-tükənmir. Bir zamanlar “boz kardinal” ləqəbi ilə məşhur olan AMEA rəhbərini idarəetmə strukturunu heç bir əsas olmadan tez-tez dəyişdirməkdə, elmi bölmələri ləğv etməkdə, Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsini təsis edərək, bu vəzifəyə Akademiya ilə heç bir əlaqəsi olmayan şəxsi gətirməkdə itiham edən Milli Məclisin deputatları, elm ictimaiyyətinin nümayəndələri, AMEA-nın məsul şəxsləri təcili olaraq onu istefaya səsləyirlər. İddialara görə, Ramiz Mehdiyevin dirənişi bu prosesə mane olur və bu xüsusda AMEA-nın növbədənkənar yığıncağının keçiriləcəyini iddia edənlər də var.

Mehdiyevi istefaya çağıranların sıraları hər gün daha da genişlənir və AMEA-nın Riyaziyyat və mexanika insitutunun direktoru, sabiq Təhsil naziri Miri Mərdanov da onlara qoşulub. O qeyd edib ki, R.Mehdiyev istefa verməyə özündə cəsarət tapmalı və heç olmasa son anda öz nüfunu qorumağa çalışmalıdır. Aydın görünür ki, artıq AMEA-da da “Mehdiyev erası” baş çatmaq üzrədir. Hazırda müzakirə olunan əsas mövzulardan biri də AMEA-nın növbəti prezidentinin kim olacağı ilə bağlıdır.

AMEA-dakı mənbələrdən OXU24-a daxil olan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının növbəti rəhbəri, akademik Arif Həşimov olacaq. Qeyd edək ki, 72 yaşlı A.Həşimov ixtisasca fizikdir və 51 ildir ki, bu qurumda çalışır. “Azərenerji” ASC-nin prezidentin müşaviri və Layihə-Axtarış Energetika İnstitutunun direktoru işləmiş alim eyni zamanda AMEA-nın Fizika İnsitututun direktoru olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi