Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56381
az

AĞIR İTKİ ÜZ VERDİ-Daha bir musiqiçi QƏFİL dünyasını dəyişdi, nəşinə sahib çıxan yoxdur... - FOTO

18:2312 İyul, 2021
332
MANŞET
  • A

Tarzən vəfat etdi, nəşinə sahib çıxan yoxdur
Bir müddət əvvəl "Elgizlə izlə" proqramına qatılaraq küçədə yaşadığını deyən tarzən Vahid Bağırov vəfat edib.

OXU24.COM xəbər verir ki, parklarda yaşayan musiqiçi verilişin yaradıcı heyəti tərəfindən sığınacağa yerləşdirilmişdi. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Sığınacaqdan bildirilib ki, mərhumun nəşinə sahib çıxan olmayıb.

"Kitab oxuyurmuş, qoyub kənara yatıb. Elə yuxuda keçinib. Səhər sığınacağın işçiləri gəliblər ki, yemək gətirib. Görüblər ki, keçinib. gecə yatıb səhər oyanmayıb" deyə, aparıcı Elgiz Əkbər bildirib.

Aparıcı əlavə edib ki, musiqiçinin cəsədi hələ də morqdadır. O, mərhumun qohumlarına səslənərək "Bütün xərci bizim kanal ödəyəcək. Bakı kəndlərindən birindəndir. Kimsəsizlər qəbiristanlığında dəfn olunmasın. Qohumlar sahib çıxsın, valideynlərinin yanında dəfn olunsun" sözlərini söyləyib.

Qeyd edək ki, V.Bağırov həyat yoldaşından ayrılıb. Övladları və keçmiş xanımı ondan imtina edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Rusiyada universitet karantinə bağlandı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR