Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51657
az

Keçmiş səfirdən Qarabağla bağlı sensasion etiraf: Yeganə həll yolu müharibədir

20:5130 Mart, 2021
1559
MANŞET
  • A

ATƏT MQ-nin ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin diplomatik səviyyədə həllində uğursuzluqdan danışarkən hələ o zamanlar yeganə həll yolunun müharibə olduğunu anladıqlarını etiraf edib.

"Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə Hoqland "The International Conflict Resolution Center” saytında dərc olunmuş məqaləsində bildirib.

Amerikalı nümayəndənin sözlərinə görə, COVİD-19 pandemiyasından əvvəl Minsk Qrupunun həmsədrləri hər altı həftədə bir bölgə ətrafında müntəzəm səfərlər ediblər, səfir Anjey Kasprşiklə birlikdə İrəvan və Bakıda Ermənistanın və Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşüblər, "DQR”-in "rəsmiləri” ilə görüşmək üçün Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən keçərək Dağlıq Qarabağa yollanıblar.

Onun sözlərinə görə, həmin səfərlər zamanı "beş ulduz”lu hotellərdə qalıblar, əlavə xərc tələb etmədən xüsusi yemək otağı və bara tam giriş imkanı verən apartamentdə yaşayıblar, ən yaxşı restoranlarda yemək yeyiblər.

"Ancaq açığı, çox, çox az şey əldə edildi”, - deyə Hoqland etiraf edib.

Həmsədr bildirib ki, bu səfərlər zamanı hər tərəfin öz mövqeyində möhkəm dayandığını və ən kiçik müvəqqəti kompromisi belə düşünmədiyini öyrənib.

"Bu qənaətə gəldim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə qətiyyətlə həll edəcək, baxmayaraq ki, bu fikri heç vaxt açıq şəkildə ifadə etməmişəm. Yenə də həmsədrlərlə buna riayət etməyə davam etdik”, - deyə o, vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda BMW sürücüsü yolda
Heydər Əliyev Sarayına yeni direktor müavini təyin olunub
Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib