Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3954
az

2 universitet bitirən azərbaycanlı şirkət rəhbəri küçələrdə yatır: Səbəb sizi dəhşətə gətirəcək

15:0625 İyul, 2018
1106
MANŞET
  • A
  Sosial şəbəkələrdə müzakirələrə səbəb olan foto yayılıb.

Oxu24.com BiG.AZ-a istinadən xəbər verir ki, fotoda 2 universitet bitirən, şirkət rəhbəri olan, lakin kredit ucbatından hazırda küçələrdə yaşamağa vadar olan 62 yaşlı Arif Əliyev yer alıb.

Məlumata görə, dostu onun adına kredit götürərək ölkədən qaçıb, nəticədə borcları ödəmək məcburiyyətində qalan Arif Əliyev əlindəkilərin hamısını itirib:

"Şəkildə gördüyünüz bu şəxsin adı Əliyev Arif Lətif oğludur. 62 yaşı var. Göygöl rayonundandır. İki dəfə ali təhsil alıb. Moskva Rejissorluq Universiteti və Kiyevdə Xarici İşlər Akademiyasını bitirib. Moskvada dövlət müəssisələrində işləyib. 3 il bundan öncəyə qədər Yunanıstanda özünün yaratdığı şirkət rəhbəri olub. Sonradan tanış olduğu dostu ilə birlikdə bu şirkəti idarə etmək onun üçün baha başa gəlib.

Dostu banklardan külli miqdarda onun adına kredit götürərək qaçıb. Adam kredit borclarını qaytarmaq üçün evlərini, maşınını varını, dövlətini satıb. Deyir, Allahıma şükürlər olsun ki, vaxtında Yunanıstanda həyat yoldaşımın adına ev və maşın almışam. Müflisləşəndən sonra həyat yoldaşı uşaqlarını da götürüb bunu tərk edib.

İndi adam 3 ildir ki, küçələrdə yaşayır. Heç kimi də yoxdur. Bir neçə gün bundan əvvəl Tbilisi prospektində yaşadığı küçədə onun sənədləri, əmək kitabçası, diplomları və digər bütün sənədləri oğurlanıb. Şəkər xəstəsidir. Ayağının biri şişib və işləmir deyə, ayaqüstə durub yeriyə bilmir.

Onun köməyə ehtiyyacı var. Bu dayını sığınacaqda, qocalar evində yerləşdirmək lazımdır. Deyir, həyata bütün həvəsim sönüb və ümidlərim qırılıb deyə, bu günə qədər qocalar evinə getməyə əhəmiyyət verməmişəm".

Qeyd: Tbilisi prospektində "Qaçqınkom"un binası ilə üzbəüz yerüstü keçidin yanındakı küçədə yaşayır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda BMW sürücüsü yolda
Heydər Əliyev Sarayına yeni direktor müavini təyin olunub
Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı