Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25852
az

Əsgərimiz şəhid oldu

21:5405 Mart, 2020
671
  • A

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Oxu24.com əbər verir ki, 2020-ci ilin 5 mart tarixində saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulmuşdur.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb, dərhal Qazax rayo¬nunun dia¬qnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənis¬tanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda BMW sürücüsü yolda
Heydər Əliyev Sarayına yeni direktor müavini təyin olunub
Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR