Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104992
az

Sabah bu ərazilərdə qaz olmayacaq

00:1228 Mart, 2024
126
MANŞET
  • A

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı 28.03.2024-cü il tarixdə saat 09:00-dan “Kürdəmir” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından, “Sığırlı” və Göyçay 2” ölçü qovşaqlarından qidalanan orta təzyiqli əhali qaz xətlərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Qaz İxrac” İdarəsinə məxsus “Beyləqan-Horadiz” yüksək təzyiqli magistral qaz kəmərinin 54,5-ci km-də “Əhmədbəyli-Füzuli-Şuşa” avtomobil yolu ilə kəsişməsində təhlükəsiz əraziyə köçürülmüş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 28.03.2024-cü il tarixində saat 09:00-dan “Füzuli Diaqnostika” və “Füzuli-Horadiz” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin paytaxtın Suraxanı rayonu ərazində “Suraxanı əhali” qaz xəttinin yeraltı hissəsində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Əmircan qəsəbəsinin Park küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, A. Rzayev küçəsində xəttin hündürlüyə qaldırılması və siyirtmələrin yenisi ilə əvəz olunması, Suraxanı QPM-də siyirtmənin yenisi ilə əvəz olunması, Suraxanı Mədən ərazisində KOB-29 proqramı ilə əlaqədar qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə 28.03.2024-cü il tarixində saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (Kürdəmir şəhəri, rayonun 52 kəndi), Göyçay rayonunun (Göyçay şəhəri və rayonun 25 kəndi) bir hissəsinin eləcə də Füzuli rayonunun bir hissəsinin (Horadiz şəhəri, 13 kənd və 5 qəsəbə), Suraxanı rayonunun Bahar, Dədə Qorqud və Suraxanı qəsəbələrinin, eləcə də A.Rzayev və X. Ələkbərov küçələrinin qaz təchizatında fasilə yaranacaq. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO