Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96891
az

Söyüş üstündə dəhşətli qətl: Məhkəmə əmisini bıçaqlayan şəxsə hökm oxudu

16:3023 Oktyabr, 2023
215
  • A

Əmisini bıçaqla qətlə yetirən Şahin Qədəşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə 2022-ci il sentyabrın 29-da Buzovna qəsəbəsində baş verib. Şahin Qədəşov yaşadığı evin yaxınlığında əmisi Valeh Qədəşova bıçaqla zərbə endirərək, onun həyatına son qoyub.

Şahin Qədəşov bildirib ki, əmisi Valeh Qədəşov spirtli içki aludəçisi olub, tüfeyli həyat tərzi keçirib. Son vaxtlar əmisi sərxoş vəziyyətdə yaşadığı evə gələrək onun və mərhum atasının ünvanına söyüş söyüb. Heç vaxt əmisinin təhqirlərinə cavab qaytarmayıb və bir böyük kimi həmişə onu yola verməyə çalışıb.

Məhkəmə iclasında Şahin Qədəşov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, 4 uşağına görə təqsirləndirilən şəxsi bağışlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Qədəşov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi