Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94757
az

Astarada avtoxuliqanlıq edən şəxslər həbs edilib

12:2103 Sentyabr, 2023
307
KRİMİNAL
  • A

Astarada avtoxuliqanlıq edən şəxslər həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  Oxu24.com-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sutkanın qaranlıq vaxtında şəhər ərazisində özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan sürücülər saxlanılıb.

Saxlanıldıqdan sonra onların Astara rayon sakinləri Vüqar Rüstəmov və Amin Heydərov olduqları müəyyən edilib.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslərdən birinin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, digərinin isə avtomobili etibarnamə olmadan idarə etdiyi məlum olub.

Barələrində inzibati qaydada protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO