Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92500
az

Qonşular arasında münaqişə qətllə nəticələndi - VİDEO

19:1913 İyul, 2023
203
KRİMİNAL
  • A

Abşeron rayonu, Novxanı kəndində qətl hadisəsi olub.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, gecə saatlarında 46 yaşlı Şahlar Qasımovun kəsici-deşici xəsarətdən ölməsi barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Dərhal istintaq qrupu hadisə yerinə gəlib, meyitə baxış keçiriblər.  

Prokurorluqdan verilən məlumata görə, 43 yaşlı Cavanşir Əliyevin Abşeron rayonu, Novxanı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qonşusu Şahlar Qasımova bıçaqla sol ayağından xəsarət yetirməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edildiyindən o saxlanaraq istintaqa cəlb edilib.

Mərhumun qohumları bildiriblər ki, qonşular arasında əvvəllər də dava olub. İddialara görə, Cavanşir Əliyev bir neçə dostu ilə mərhum Şahlar Qasımovun yaşadığı ünvanın qarşısına gələrək söyüş söyüb. Elə tərəflər arasında dava da bundan sonra başlayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cavanşir Əliyev barəsində ''qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda'' maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ