Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91846
az

Bakıda çoxmərtəbəli yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var

18:3930 İyun, 2023
130
KRİMİNAL
  • A

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus "Uğur-2" yaşayış kompleksində baş verib.

Belə ki, kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb.

Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib: "Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".

Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi