Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90907
az

Yenə "Prius”, yenə DƏHŞƏTLİ QƏZA - Ölən və yaralananlar var

11:2315 İyun, 2023
225
KRİMİNAL
  • A

Kürdəmirin Atakişili kəndində baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

OXU24.COM  "Report"a istinadən xəbər verir ki, "Toyota Prius"ın sürücüsü və sərnişinləri bu gün 15 İyun Milli Qurtuluş günü münasibətilə Mingəçevir şəhərində baş tutacaq konsert proqramına səhnə konstruksiyalarını quraşdırmaq üçün gedirlərmiş. Hadisə səhər saat 5:00 radələrində baş verib.

Qeyd edək ki, Bakı şəhər sakini, 24 yaşlı Xasıyanov Ruslan Əli oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Allahverdiyev Salman Lətif oğluna məxsus "Mercedes" markalı yük maşınına çırpılıb. Nəticədə "Toyota Prius"un sərnişini, 23 yaşlı Mənsimov Elnur Cavanşir oğlu hadisə yerindəcə dünyasını dəyişib.

Qəza zamanı habelə sürücü və digər sərnişinlər - Bakı şəhər sakinləri - 32 yaşlı Qasımov Vahid Hüseynağa oğlu və 1991-ci il təvəllüdlü Səmədov İslam Rövşən oğlu, eləcə də "Mercedes" in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi