Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90513
az

Masallıda fəaliyyət göstərən yağ istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

11:5108 İyun, 2023
116
KRİMİNAL
  • A

Masallıda fəaliyyət göstərən yağ istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.

Bu barədə Oxu24.com- a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonun Qızılağac kəndi ərazisində faəliyyət göstərən fiziki şəxs Sadıqov Zahid Qiyas oğluna məxsus yağ istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi, müəssisədə istehsal olunan bitki tərkibli spred yağ məhsullarının xüsusi formaya salınaraq Bakı və ətraf rayonların satış məntəqələrində “kərə yağı” adı altında satışının həyata keçirildiyi, kustar üsullarla antisanitar şəraitdə istehsal olunmuş məhsulların üzərində etiketlənmə aparılmadığı, sanitariya-gigiyena qaydalarına əməl olunmadığı, qida məhsullarının daşınmasına dair tələblərin pozulduğu, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aşkar olunan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin istehsal fəaliyyəti məhdudlaşdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər
Səfərbərlik xidmətinin həbs edilən əməkdaşından XƏBƏR VAR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər