Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90455
az

Sənaya təcavüz edən xalası oğlu ilə bağlı hökm dəyişmədi

17:4907 İyun, 2023
190
KRİMİNAL
  • A
İctimai fəal Sənay Qəhrəmanlını (Sənay Yağmur) zorlamaqda ittiham olunan xalası oğlu Əsgər Ağazadə barəsindəki hökmdən verilmiş şikayətə baxılıb. Bakı Apellyasiya Məhkməsində keçirilən sonuncu iclasda qərar elan olunub. Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər heyəti hökmün qanunauyğun olduğunu əsas gətirərək, şikayəti yekdilliklə rədd edib. Qeyd edək ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı cinsi təcavüzə məruz qalması barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq nəticəsində Ə. Ağazadənin S. Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgər Ağazadəyə 5 il həbs cəzası verilib. Sənay Qəhrəmanlı siyasətçi Fuad Qəhrəmanlı və yazıçı Zümrüd Yağmurun qızıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Keçmiş məhkum yenə narkotikə görə saxlanıldı