Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89767
az

Bakıda hoteldə və polis şöbəsinin qarşısında xuliqanlıq edən şəxslər saxlanılıb

20:4724 May, 2023
129
  • A

Bakıda hoteldə və polis şöbəsinin qarşısında xuliqanlıq edən şəxslər saxlanılıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən otellərində birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyməsi, hoteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər.

Həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.

Qeyd edilib ki, mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müsavat itkin düşmüş fəalı öldürülüb
Rəşad Dağlı əfv olunacaq? - “Hər şey ola bilər”

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb