Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88936
az

Axtarışda olan 8 nəfərin yeri müəyyən edilərək tutulub

13:2113 May, 2023
100
KRİMİNAL
  • A

Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Oxu24.com-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri mayın 12-də rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.


Polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası - küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.

Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 8 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, narkotiklə əlaqəli cinayətlərə görə 3 nəfər, küçə ticarəti ilə məşğul olduqlarına görə 54, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 12, xırda xuliqanlığa görə 11, xırda talamaya görə 18, antisanitariya və digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 66 fakt aşkarlanıb, mülki axtarışa görə 34 şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 75 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran eləcə də konstruksiyasında dəyişiklik edən 13 sürücü, dayanma-durma qaydlarının pozulmasına görə 187 fakt müəyyən edilib.

Abşeron rayonunda xidmətin nümunəvi təşkili və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı
Müsavat itkin düşmüş fəalı öldürülüb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı