Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88319
az

Şəmkirdə narkokuryerlik edən qadın saxlanılıb

14:2903 May, 2023
119
KRİMİNAL
  • A
Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Aygün Məmmədova Şəmkir rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 1000 ABŞ dolları və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan 1 kq 360 qram heroin və 705 qram marixuana aşkar olunaraq götürülüb. Bundan başqa şöbə əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əli Əkbərov özünün və qonşusunun, rayonun Qədim Qala kənd sakini Elvin Misirovun isə yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi
Qardaşının arvadını öldürdü

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”