Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87693
az

Gecə saatlarında dəhşət: Yolun kənarında öldürülən şəxs kimdir?

09:0123 Aprel, 2023
325
KRİMİNAL
  • A

Biləsuvarda ötən gecə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

 

Hadisə ötən gün saat 23:50 radələrində köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu, Aşağı Cürəli kəndindən keçən hissəsində yol kənarında baş verib.

 

Belə ki, Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini 1993-cü il təvəllüdlü Əlizadə Rüfat Kərim oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1986-ci il təvəllüdlü Cəlilabad rayon sakini İlhamlı Vüsal İlham oğlunun döş qəfəsinin sol yarısına əlindəki bıçaqla bir dəfə zərbə endirib.

Nəticədə V. İlhamlı  döş qəfəsinin sol yarısının daxilə keçən və ürəyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası xəsarətini alıb.

Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayat işi başlanaraq ibtidai istintaq aparılır. Əlizadə Rüfat Kərim oğlu şübhəli şəxs qismində saxlanılıb.

 

Qeyd edək ki, mərhum “Finca Azərbaycan” Qeyri-bank Təşkilatı MMC-də müştərilərlə əlaqələr üzrə işləyirdi.(report)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı