Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87215
az

Faciəli şəkildə ölən usta görün kimdir

10:4517 Aprel, 2023
131
KRİMİNAL
  • A

DİN Qazax rayonunda ustanın bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun  Oxu24.com-a verdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsinə Bakı-Qırmızı Körpü avtomagistralının Qazax rayon Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub, "Mercedes" markalı yük avtomobilinin hava yastığını təmir edən Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Rasim İsmayılov hava yastığının partlaması nəticəsində təkərlə yük yerinin arasında qalması nəticəsində ölüb.

Faktla bağlı Rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşının arvadını öldürdü
Hindistan vətəndaşı Bakıda şri-lankalılara qarşı dələduzluq etdi - VİDEO
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Qardaşının arvadını öldürdü