Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86782
az

"Qoç ət"də faciəvi şəkildə ölən xadiməyə görə sexin müdiri HƏBS EDİLDİ

17:1012 Aprel, 2023
215
KRİMİNAL
  • A

“Qoç ət” KFT MMC-yə məxsus olan və Qaradağ rayonunda yerləşən kəsim sexində xadimənin elektrik ətqarışdırıcı qurğuya düşərək ölməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com  xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə şirkətin kəsim sexinin müdiri, 1979-cu il təvəllüdlü Vüsal Babayev Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.
 

Bildirilib ki, hadisə baş verərkən kəsim sexində xadimə kimi çalışan 1982-ci il təvəllüdlü Pirməmmədova Rəqsanə Azad qızı qurğunun tam söndürülməsi şəraitində iş görməli olsa da, həmin vaxt elektrik mikseri elektrikə qoşulu olub. Qadın cihazın ətrafını təmizləyərkən o, miksero toxunub və avadanlığın içinə düşərək hərəkət edən ətqarışdırıcının içində hissələrə bölünüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məhkəmədə mərhum R.Pirməmmədovanın həyat yoldaşı onun hadisədən təxminən 15-20 gün əvvəl kəsim sexində işləməyə başladığını deyib. O, qarşı tərəflə barışdığını şirkətə və onun kəsim sexinin müdirinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Qaradağ Rayon Məhkəməsi Vüsal Babayevi Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəza 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
Dələduzluq edən paytaxt sakini həbs edilib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR