Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85821
az

Ağdaş polisi əməliyyat keçirib, 15 nəfər saxlanılıb

09:1029 Mart, 2023
168
KRİMİNAL
  • A

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən, oğurluq cinayəti törədən və üzərində soyuq silah gəzdirən ümumilikdə 15 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin saxlanması, daşınması və satışı ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı 11 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

Saxlanılan-Xəyal Baxışov, Murad Bəhərçinov, Baba Beydullayev, Həsən Həsənov, Firuddun Məmmədov, Kamran Mamedov, Orxan Qasımov, Əli Quliyev, Arzu Səmədov, Camal Umarov və İlqar Nağıyevdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Onlar ifadələrində narkotiklərin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə qabaqcadan əlbir olaraq rayon ərazisində dəmir boruları oğurlayan - Eldəniz Mirzəyev, Azər və İlkin Məmmədovlar, eləcə də avtomobilində soyuq silah hesab edilən xəncər gəzdirən Pünhan İsmayılov saxlanılıb.

Faktlarla bağlı rayon polis şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər
Səfərbərlik xidmətinin həbs edilən əməkdaşından XƏBƏR VAR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər