Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83737
az

Lənkəranda narkokuryerdə silah və 5 kq heroin aşkarlanıb

11:2303 Mart, 2023
170
KRİMİNAL
  • A
Lənkəranda saxlanılan narkokuryerdə silah və 5 kiloqram heroin aşkarlanıb. Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Elçin Əsədov Lənkəran rayonun Göyşaban kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki bağlamadan 5 kiloqramdan artıq heroin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı E.Əsədovun həmin narkotik vasitə və odlu silahı İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi, pul müqabilində deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində son 20 gün ərzində ümumilikdə 28 nəfər saxlanılıb. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda meyit tapıldı
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı