Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83702
az

İrandan Azərbaycana 62 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

14:1002 Mart, 2023
163
KRİMİNAL
  • A

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 62 kiloqram 764 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə  Oxu24.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Mart ayının 1-də saat 01:30-da Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1 (bir) nəfər şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxsin Ağsu rayon sakini 1986-cı il təvəllüdlü Manafov Məmməd Ağahəsən oğlu olması müəyyən edilmiş, üzərindəki bağlamaya baxış zamanı ümumi çəkisi 17 kiloqram 600 qram narkotik maddə marixuana və 1430 ədəd psixotrop tərkibli Metadon-40 həbi aşkar olunaraq götürülüb.

Martın 2-də saat 00:10-da Astara rayonu Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxslərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.

Aparılmış axtarış-əməliyyat tədbirləri nəticəsində ərazidən 90-BZ-775 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtombillə uzaqlaşmağa cəhd edən Şirvan şəhər sakinləri 1975-ci il təvəllüdlü Əliyev Əli İsrafil oğlu, 2002-ci il təvəllüdlü Balayev Arif Alxas oğlu və avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Mirzəyev Kamal Əliməmməd oğlu saxlanılıblar. Şəxslərin üzərinə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 10 kiloqram 155 qram narkotik maddə marixuana aşkar olunaraq götürülüb.

Saxlanılarkən A.Balayev sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayaraq müqavimət göstərmiş, qaça bilməyəcəyini anladıqa isə üzərində olan bıçaqla özünə xəsarət yetirib. A.Balayevə dərhal ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Mart ayının 2-də saat 02:10-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu Zevin kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 8 kiloqram 609 qram narkotik maddə marixuana və 63 qram civənin, saat 04:30-da “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Aşağı Yağlıvənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 18 kiloqram 400 qram narkotik vasitənin ( 17 kq 400 qram marixuana, 400 qram heroin, 500 qram tiryək), saat 07:00 radələrində Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 7 kiloqram 100 qram narkotik maddə marixuananın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi