Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82905
az

"Qaradağlı soyqırımını törətməkdə cinayətləri sübuta yetirilən 12 nəfər beynəlxalq axtarışdadır"

13:0917 Fevral, 2023
159
KRİMİNAL
  • A

"Qaradağlı soyqırımını törətməkdə cinayətləri sübuta yetirilən 12 nəfər beynəlxalq axtarışdadır".

Bunu Oxu24.com-a açıqlamasında Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.

O bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, eləcə də müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqının aparılması, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Baş prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı öz təşəbbüsü əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilib.

F.Əliyev vurğulayıb ki, bundan sonra cinayət işinin ibtidai araşdırılması əvvəlki illərdən fərqli olaraq, cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb. Cinayət işi üzrə sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətləri törətmiş şəxslərin - Xocalı, Qaradağlı, Bağanıs-Ayrım, Meşəli, Kərkicahan soyqırımları, əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə, terrorçuluq cinayətləri və digər epizodlar üzrə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 107 (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (İşgəncə), 115 (Müharibə qanunlarını və adətlərini pozma), 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (Qəsdən adam öldürmə), 214 (Terrorçuluq) və digər maddələrində nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən, onların müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Onların barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.

“Aparılmış istintaqla müəyyənləşdirilib ki, erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-dən başlayaraq 17-si də daxil olan müddətdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü yaşı 60-dan yuxarı olmaqla 67 nəfəri qəsdən öldürməklə həyatdan məhrum edib, 2 nəfərə müxtəlif bədən xəsarətləri yetirməklə onların sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurub, 49 nəfəri isə girov götürüblər. Eyni zamanda, yaşayış binalarını və dövlət obyektlərini qarət edərək yandırıblar. Qeyd olunanlarla yanaşı, kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941 sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salıblar.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Qaradağlı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 12 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - F.Əliyev vurğulayıb.

 

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi
Qardaşının arvadını öldürdü

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”