Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82902
az

Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən xadimə saxlanılıb

13:0017 Fevral, 2023
113
KRİMİNAL
  • A

Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən xadimə saxlanılıb.

Bu barədə Oxu24.com-a  DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, Bakı şəhəri, Xətai rayonunun N.Əliyev küçəsindəki mənzillərin birindən 38 750 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğun həmin mənzildə xadimə işləyən Ləman Cahangirova tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Araşdırmalarla xadimənin ötən il dekabrın 28-dən cari il fevralın 14-nə dək olan müddətdə həmin mənzildə ev sahiblərinə məxsus seyfdən, gizli saxlanc yerindən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38 750 manatı gizli yolla talaması müəyyən olunub.

Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.

L.Cahangirova şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Neftçalada narkokuryer saxlanıldı
Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı
Bakıda 150 min manatlıq dələduzluq edildi