Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82214
az

MTN generalının bu əmlakları özünə qaytarıldı

14:4709 Fevral, 2023
178
KRİMİNAL
  • A

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) general-mayoru Sübahir Qurbanovun müsadirə olunan əmlaklarının bir hissəsi geri qaytarılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən göndərilmiş təqdimata həmin məhkəmədə baxılaraq qərar qəbul olunub.

Hakim İlkin Rəsəbovun sədrliyi ilə keçirilən iclasda Sübahir Qurbanova məxsus iki ədəd mənzil və Masallının Qızılavar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin sabiq MTN generalına qaytarılması məqbul sayılıb. Onun Novxanıda 1 hektardan çox torpaq sahəsi və üzərindəki tikili, eyni qəsəbədə yerləşən bağ evi, Digah qəsəbəsində yerləşən torpaq sahəsi və yanacaq doldurma məntəqəsi üzərindəki müsadirə qərarı qüvvədə qalıb.

Xatırladaq ki, Sübahir Qurbanov MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. 2015-ci ildə MTN ləğv olunduqdan sonra həbs edilib. O, çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin MTN-nin inzibati binasına gətizdirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etmək, onlardan külli miqdarda pul vəsaitlərinin əllərindən alınması, barələrində rüsvayedici məlumatlar yaymaqla hədələmə, dövlət büdcəsini israf etmə və s. kimi əməllərdə təqsirli bilinib. Onun bu cinayətlər vasitəsilə ümumilikdə 9 milyon manat pul və qiymətli əşyaları ələ keçirdiyi bildirilir.

Qeyd edək ki, sabiq general 14 il həbs cəzası alsa da, 2020-ci ildə əfv olunaraq azadlığa çıxıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə məktəbli bıçaqlanıb
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi