Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81575
az

Polis idarəsinə 100 dəfə şikayətə getdi- Həbs olundu

15:1601 Fevral, 2023
139
KRİMİNAL
  • A

Bakıda 100 dəfəyə yaxın polis idarəsinə gedərək iş rejimini pozan qadın həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, 42 yaşlı İsmayıllı sakini Kəmalə Raufzadə (şərti ad-soyad) dekabrın 21-dən etibarən Bakıda 100 dəfəyə yaxın Metropolitendə Polis İdarəsinə gedib.

İttihama əsasən, o, polis işçilərinə qarşı nalayiq ifadələr işlətməklə onların iş rejimini pozub, söyüş söyüb.

Ondan bu hərəkətlərinə son qoymasını tələb edən polisin tələblərinə tabe olmayıb. Daha sonra onun barəsində inzibati tutulma haqqında protokol tərtib olunaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Metropolitendə polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi məhkəmədə bildirib ki, K.Raufzadə qeyd edilən tarixlərdə polis idarəsinin inzibati binasında, onun giriş hissəsində ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq edib: “Həmin xanım yaxın bir neçə ay ərzində 100 dəfəyə yaxın idarəyə gəlib. Əksər hallarda səbəbsiz yerə növbətçi hissədə olan polis əməkdaşlarına, dəhlizdə rastlaşdığı polislərə nalayiq sözlər deyib. Üstəlik, mənim şəxsi mobil nömrəmə təhqiramiz mesajlar göndərib”.

 

K.Raufzadə isə məhkəmədə deyib ki, o, polis idarəsinə şikayət etmək üçün tez-tez gedib: “Bir müddət əvvəl baş vermiş cinayətlə bağlı idarəyə müraciətim olmuşdu. Lakin məni qəbul etmirdilər, hər dəfə növbəti gün gəlməyimi deyirdilər. Daha sonra polis əməkdaşları tərəfindən şiddət və təhqirə məruz qaldım. Bu barədə Yasamal Rayon Prokurorluğuna müraciət etmişəm. Polis idarəsinə təxminən 60-70 dəfə getmişəm. Məqsədim oradakı rəhbər şəxslərlə görüşüb bəzi şəxslərin “axırına çıxmaq” idi. İş üzrə sənədlər qəsdən mənim əleyhimə tərtib edilib. Özümü təqsirli bilmirəm”.

Yasamal Rayon Məhkəməsi iddia olunan tarixlər üzrə polis idarəsinin kamera görüntülərini araşdırıb. Həmin qadının polislərlə mübahisə edərək idarənin iş rejimini pozduğu sübuta yetirilib. K.Raufzadə İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə həbs edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı
Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşın hökmləri ləğv edildi
Qubada avtomobili narkotikin və spirtli içkinin təsiri altında idarə edənlər saxlanıldı - VİDEO

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı