Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81187
az

260 min dollarlıq məhkəmə işi başlayır

09:3625 Yanvar, 2023
126
KRİMİNAL
  • A
Bakıda vətəndaşa qarşı dələduzluqda təqsirləndirilən Elsevər Həşimovun məhkəməsi başlayır. Oxu24.com xəbər verir ki, işin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, E.Həşimov zərərçəkmiş Mədəd Bayramovun 260 min dollarını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. M.Bayramov hadisə ilə bağlı aidiyyatı qurumlara rəsmi qaydada müraciət edib və araşdırmalar aparılıb. E.Həşimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddələri ittiham irəli sürülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
Dələduzluq edən paytaxt sakini həbs edilib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR