Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80931
az

Bakıda xəstə yardıma gələn həkimə bıçaqla hücum etdi

13:5919 Yanvar, 2023
163
KRİMİNAL
  • A
Bakıda çağırışa gedən təcili tibbi yardım briqadasının həkimi hücuma məruz qalıb.
 
Oxu24.com xəbər verir ki, hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Saat 04 radələrində qəsəbədə yerləşən 20 saylı Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Prosedura uyğun olaraq həkim briqadası çağırışın daxil olduğu R.Rzayev küçəsi bina 20 ünvanındakı mənzilə gedib. Bu zaman xəstə tibbi yardımdan imtina edərək həkimə hücum çəkib, onun üzərinə bıçaq çıxararaq evdən getməsini tələb edib.
 
Məsələ ilə bağlı 20 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi Orxan Ovçuyev polisə müraciət edib. O, xəstə tərəfindən təhqir edildiyini və bıçaqla hədələndiyini bildirib.
 
İlkin araşdırma nəticəsində hadisənin 1986-cı il təvəllüdlü A.Lazarev tərəfindən törədilməsi müəyyən edilib.
 
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO