Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80402
az

Kürdəmirdə 2 il əvvəl törədilən oğurluğun üstü açılıb

10:1410 Yanvar, 2023
147
KRİMİNAL
  • A

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayonun Bağman kəndi ərazisində yerləşən fərdi təsərrüfatların birindən 4 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Ağsu rayonu Abasxanlı kənd sakinləri Müşfiq Quliyev və Nail Qənbərovu saxlayıb.

Daxili İşlər Nazirliyindən  Oxu24.com-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf ediblər.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onların 2 il əvvəl törətdikləri daha iki oğurluq hadisəsinin üstü də açılıb. Belə ki, 2021-ci ilin iyul və noyabr aylarında M.Quliyev və N.Qənbərov həmkəndliləri Nazim İsmayılovla birlikdə qabaqcadan əlbir olaraq rayonun Bağman və Böyük Kəngərli kəndləri ərazisində yerləşən iki təsərrüfatdan ümumilikdə 10 xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vurublar. Həmin heyvanları isə dəstə üzvləri dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi