Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78745
az

“12-ci imam” 26 mənzili belə ələ keçirib – ŞOK DETALLAR

19:0513 Dekabr, 2022
106
KRİMİNAL
  • A

Özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Faiq Abdullayev ifadə verib.

O bildirib ki, özünü “12-ci İmam Mehdi” kimi təqdim edən Aqil Babayevə hər ay 200 manat zəkat verib:

“Onunla 2004-cü ildə dostum Daşqın vasitəsilə tanış olmuşam. Rusiyada və Çində bizneslə məşğul olurdum. Hər il həm ailəmə, həm dostlarıma baş çəkirdim. Namaz qılıb, Allaha ibadət edirəm. Dost tanışlarla danışanda mənə dedilər ki, gedək məsciddə birgə namaz qılaq, həm də səni yaxın bir qardaşla tanış edəcəyik. Namazımızı qılandan sonra hamımız yığışdıq. Yanımızda olan Aqilin kim olduğunu bilmədim və dostlarım da mənə onun haqqında heç nə demədilər. Aqil dostlarımdan soruşdu ki, bu qardaş kimdir? Uşaqlar da dedilər ki xaricdə yaşayır, eyni zamanda bizneslə məşğuldur, sadəcə indi müvəqqəti olaraq valideynlərinə baş çəkməyə gəlib, sonra gedəcək. Sonra mənlə təklikdə söhbət etdi. Mənə söylədi ki, get xaricdəki işlərini həll et, sonra burda işlərini qur. Mənə sakitcə sual verdi ki, sən bilirsən mən kiməm? Dedim yox, mən sizi tanımıram. Mən sənə deyəcəm, mən kiməm, amma bu bizim aramızda sirr qalsın. Dedi ki, mən “12-ci İmam Mehdi”yəm. Həmin anda sevincimin həddi-hüdudu olmadı. Bundan sonra xaricdəki işlərimi yoluna qoyaraq Azərbaycanda iş qurmağa gəldim”.

98bb3854-963a-3722-a85c-57f5c16988db_850.jpg (90 KB)

Zərərçəkmişin sözlərinə görə, o, Bakıxanovda 26 mənzilli bina tikib:

“Aqil mənə dedi ki, həmin mənzilləri Daşqının adına keçirim, əks halda bu işdə xeyir görməyəcəm. Mən də onun sözünü yerə salmayaraq evləri Daşqının adına keçirdim. Beləliklə, mənə 326 min 500 manat ziyan vurulub. Mən Quranı kifayət qədər yaxşı bilirəm. Ona hər ay 200 manat zəkat verirdim. Zəkat verməyimdə məqsəd günahlarımın onun vasitəsilə bağışlanması idi. Mən, hətta evimi 55 minə sataraq Aqilə verdim. O, da 50 mini özünə götürərək 5 min manatı mənə qaytardı”.

Aqil Babayev zərərçəkmişin dedikləri ilə razılaşmayıb. O qeyd edib ki, əksinə, Faiq Abdullayevin özü ona borcludur:

“Mənə dedi ki, ev tikir, yarımçıq qalıb, köməyimə ehtiyacı var. Məndən 240 min manat istədi, mən də verdim. Əksinə, onun mənə borcu var”.

Növbəti proses dekabrın 27-də davam edəcək.

974528.jpg (28 KB)

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qubada avtomobili narkotikin və spirtli içkinin təsiri altında idarə edənlər saxlanıldı - VİDEO
Ağsuda qanunsuz narkotik satan şəxs saxlanıldı
Sərnişinə qarşı soyğunçuluq edən sürücü saxlanıldı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Qubada avtomobili narkotikin və spirtli içkinin təsiri altında idarə edənlər saxlanıldı - VİDEO