Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78698
az

Gəncədə təcili tibbi yardım işçilərinə qarşı xuliqanlıq edən şəxs saxlanılıb

10:5813 Dekabr, 2022
76
KRİMİNAL
  • A
Gəncədə təcili tibbi yardım işçilərinə qarşı xuliqanlıq edən şəxs saxlanılıb. Bunu Oxu24.com-un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, şəhər sakini, O.Mustafayev gecə saatlarında nənəsinə tibbi yardım üçün çağırışa gəlmiş Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının (TTYS) əməkdaşı ilə heç bir əsas olmadan mübahisə edərək onun sifət nahiyəsinə yumruqla zərbələr vuraraq müxtəlif xəsarətlər yetirdikdən sonra TTYS-nın inzibati binasına gələrək, nalayiq ifadələr işlətməklə səs-küy salıb, şəxslər üzərində zor tətbiq etmək hədəsi ilə üzərində gəzdirdiyi bıçaqla stansiyada qeydiyyatçı işləyən xanımı itələmiş, əlində olan bıçaqla onu öldürməklə hədələyib, bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edib. O.Mustafayev saxlanılıb. Onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ