Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78518
az

Azərbaycanda ƏMƏLİYYAT: 8 il əvvəl Rusiyada adam öldürən tutuldu

13:4711 Dekabr, 2022
115
KRİMİNAL
  • A

8 il əvvəl Rusiyada adam öldürən saxlanılıb.

Daxili İşlər Nazirliyindən  Oxu24.com-a verilən xəbərə görə, 2014-cü il mayın 4-də Rusiya Federasiyasının Tümen vilayətinin Zareçnıy rayonunda Şəmkir rayon sakini Vilayət Vəliyevin üzərində xəsarətlər olan meyitinin tapılması ilə bağlı aparılan cinayət işinin istintaqı zamanı bu əməli törədən şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdı.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin rayon sakini, əvvəllər məhkum olunmuş Elmidar Babayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.


Dekabrın 9-da keçirilən əməliyyat tədbiri nəticəsində E.Babayev şübhəli şəxs qismində saxlanılıb. O, ilkin dindirmə zamanı bu cinayət əməlini törətdiyini etiraf edib.

Faktla bağlı Rusiya Federasiyasında başlanılan cinayət işinin Azərbaycan tərəfinə təhvil verilməsi təmin olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əziz Orucovun həbs müddəti uzadıldı
Üç rayonda oğurluq etməkdə şübhəli bilinənlər saxlanıldılar
Neftçalada narkokuryer saxlanıldı