Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77221
az

Gədəbəydə atasını döyərək öldürməkdə şübhəli bilinən oğul saxlanılıb

11:3023 Noyabr, 2022
80
KRİMİNAL
  • A

Gədəbəy rayonunda atasını döyərək öldürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a  bürosuna verilən məlumata görə, Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi, V.Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi, orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları müvafiq araşdırmalara başlayıb. 

İlkin araşdırmalar nəticəsində V.Cəfərovun ölümündə şübhəli bilinən oğlu, 1988-ci il təvəllüdlü Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.

Hazırda rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə məktəbli bıçaqlanıb
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi