Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76953
az

Sürücünü öldürüb,izi itirmək üçün görün nə etdilər - Salyanda tükürpədici qətl

12:1720 Noyabr, 2022
90
KRİMİNAL
  • A

Salyanda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Yerli sakinlərin “Report”un Aran bürosuna verdikləri ilkin məlumata görə, Masallı rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədov Etibar Qüdrət oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Salyan-Neftçala avtomobil yolu ilə Neftçala rayonuna doğru hərəkət edib.

Sürücü naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. İzi itirmək məqsədilə meyit Salyan-Neftçala avtomobil yolundan iki kilometr aralıda yeləşən Salyan rayonunun Xocalı kəndinə aparılıb və kənd sakinlərindən birinin həyət evinin darvazasının qarşısına atılıb. Sonra qətldə əli olan şəxs və ya şəxslər geri qayıdarkən “VAZ-2107” markalı avtomobili rayonun Kürqaraqaşlı kənd ərazisindən keçən su kanalına aşıraraq qaçıblar.

Ötən gün hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində içərisi qanla dolu olan “VAZ-2107” markalı sözügedən ərazidə aşkar edilərək götürülüb.

Hazırda qətldə şübhəli bilinən şəxs və ya şəxslərin aşkar edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Naməlum kişi meyitinin Xocalı kəndində tapılması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən məlumat yayılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi
Qardaşının arvadını öldürdü

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”